27 sentyabr 2024 11:33
357

Müdafiə naziri Zəfər parkında olub

Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qrup kursantı Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və şəxsi heyət parkın girişindəki xatirə daşının üzərinə qızıl gül dəstələri düzüb.