Amerikalı müğənni, aktrisa Mendi Murun üçüncü övladı dünyaya gəlib.
“İki sahil” xəbər verir ki, aktrisa sosial media hesabında övladının fotolarını paylaşıb. O, həyat yoldaşı, Daves qrupunun solisti Teylor Qoldsmitlə birgə qızlarına Luiza adını qoyduqlarını açıqlayıb.
Qeyd edək ki, Mendi və Teylor 2018-ci ildə evləniblər. 2021-ci ildə cütlüyün ilk övladı dünyaya gəlib. 2022-ci ildə onların Oskar adlı bir övladı da olub.
Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib
Məqsəd fəaliyyətin sistemləşdirilməsi və idarəetmənin səmərəliliyini artırmaqdır