BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov təşkilatın İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində məlumat yayıb.
Tərəflər Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlığın gündəliyini müzakirə edib, insan hüquqları, eləcə də münaqişədən sonrakı regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.
İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir - MEDİA
İran Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur - MEDİA