26 sentyabr 2024 02:25
523

Böyük bir qarından necə qurtulmaq olar?

Bədən quruluşundakı yaşa bağlı dəyişikliklər, xüsusən də qarın nahiyəsindəki yağ “yataqları” həyatımızı əhəmiyyətli dərəcədə korlayır. Qarının ön divarındakı piylənmə "kortizol qarnı" adlanır. Çünki onun görünüşünün səbəblərindən biri stress hormonu kortizol səviyyəsinin artmasıdır. Rusiyalı dietoloq Andrey Zolotarev "Rossiya 1"də yayımlanan "Ən vacibi haqqında" tok-şousunda bu bəladan necə qurtulmaqla bağlı danışıb.

Mütəxəssis qeyd edib ki, kortizolun antaqonistləri var - həzz hormonları olan dopamin və serotonin. İlk tövsiyə həyatdan həzz almaqdır: gəzintiyə çıxın, dostlarla söhbət edin, filmlərə baxın və s.

İkinci üsul əzələləri əhatə edən yüngül fiziki fəaliyyətdir. Kişilər üçün jim, qadınlar üçün sadə oturub-qalxma məşqləri təsirlidir.

Üçüncü addım düzgün bəslənmənin qurulmasıdır. Pəhrizinizdən şəkər və sağlam olmayan yağlarla zəngin qidaları xaric edin və şəkərsiz meyvələr, lif və daha çox su qəbul edin. Ən əsası isə yemək yeyərkən yeməyi 20 dəfədən çox çeynəyin. Bundan əlavə, kofein və spirtdən uzaq durmalısınız - onlar adrenal vəzləri və kortizol istehsalını stimullaşdırır.

Nubar Süleymanova, “İki sahil”