26 sentyabr 2024 01:26
420

Streslə mübarizənin “ləzzətli” yolu: Küncüt yeyin!

Bildiyiniz kimi, bütün xəstəliklər sinirlərdən qaynaqlanır. Məlum olub ki, küncüt toxumları həddindən artıq həyəcanlanmış sinir sistemini effektiv şəkildə sakitləşdirə bilər. Onun müalicəvi xassələri “Rossiya” telekanalında yayımlanan “Ən vacibi haqqında” sağlamlıq verilişində müzakirə olunub.

Rusiyalı dietoloq Marina Makişa qeyd edib ki, küncüt tərkibindəki yüksək maqnezium sayəsində sinir sistemini gücləndirir. Tədqiqat nəticələrinin göstərdiyi kimi, stress zamanı insan kifayət qədər çox maqnezium itirir. Bundan əlavə, maqnezium narahatlıq və sinir gərginliyi ilə mübarizə aparmağa kömək edən proseslərdə iştirak edir.

Küncütdə həm də B vitaminləri var - B1 və B6. Onlar sinir hüceyrələrini qorumaq və bərpa etmək, psixi vəziyyəti yaxşılaşdırmaq üçün çox vacibdir.

Nubar Süleymanova, “İki sahil”