25 sentyabr 2024 03:02
521

Sol böyrü üstə yatmaq ürək üçün zərərlidir?

Əsas odur ki, yatın...

“Rossiya” telekanalında yayımlanan  “Sağlamlıq haqqında miflər” rubrikasında Rusiyanın baş televiziya həkimi Aleksandr Myasnikov cəmiyyətdə geniş yayılmış inancları şərh edərək, xüsusən də sol tərəfdə yatmağın ürəyə zərərli olması barədə mifi təkzib edib.

Həkim qeyd edib ki, bəzi insanlarda ürək əksəriyyət kimi solda deyil, sağda ola bilər. Myasnikov şəxsən təcrübəsində bir neçə dəfə orqanların güzgü düzülüşü ilə qarşılaşdığını bildirib.

"Yuxusuzluq zərərlidir, xoruldamaq zərərlidir. Ancaq hansı tərəfə yatdığınızın əhəmiyyəti yoxdur. İnsan sinəsi çox etibarlı bir çərçivədir. Əsas odur ki, yatın”,-deyə həkim tövsiyə edib.

Nubar Süleymanova, “İki sahil”