24 sentyabr 2024 13:45
107

İki Tu-95MS raketdaşıyıcısı Alyaska yaxınlığında uçub - ABŞ-DA HƏYƏCAN!

Rusiyanın Tu-95MS strateji raketdaşıyıcıları Berinq dənizinin neytral suları üzərindən Alyaska yaxınlığında planlaşdırılmış uçuş həyata keçirib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, uçuş 11 saatdan çox davam edib. Raketdaşıyanları Rusiya Aerokosmik Qüvvələrinin Su-35S və Su-30SM qırıcıları müşayiət edib.

Müdafiə Nazirliyi onu da aydınlaşdırıb ki, Rusiya uzaqmənzilli aviasiya pilotları müntəzəm olaraq Sakit okean, Arktika, Şimali Atlantika, eləcə də Qara və Baltik dənizlərinin neytral suları üzərində uçuşlar həyata keçirirlər.