23 sentyabr 2024 11:48
77

Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Dövlət İmtahan Mərkəzi (DİM) “Teaching Knowledge Test “(TKT) imtahanına qeydiyyat elan edir.

DİM-dən "İki sahil"ə bildirilib ki, imtahana qeydiyyat oktyabrın 15-dək davam edəcək.

İmtahan noyabrın 30-da DİM-in elektron imtahanlar korpusunda (Süleyman Sani Axundov küçəsi, 108) keçiriləcək.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT kvalifikasiyasının 1, 2, 3, YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi) və CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahan təşkil edir.

Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

İmtahana linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Əlavə məlumat üçün [email protected] ünvanına yazmaq olar.