Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tanınmış pianoçu və Beynəlxalq müsabiqələr laureatları Daniil Kirillov və Anna Rasinanın təqdimatında "Universum" adlı konsert proqramı baş tutub.
“İki sahil” xəbər verir ki, ilk dəfə Gəncədə baş tutan konsertdə gənc musiqiçilər V.A.Motsartın"Sehirli fleyta" operasından uvertüra, fortepiano üçün sonata (4 əl), İ.S.Baxın iki xor prelüdü: "Jesus bleibet meine Freude" və "Shafe können, Sicher weiden", L.V.Bethovenin "Ich denke dein" mövzusunda 6 variasiya, P.Maskanyinin "Kənd namusu" operasından intermezzo, F.Mendelsonun "Bir yay gecəsi yuxusu"ndan skertso, S.Raxmaninovun 4 pyesini ifa ediblər.
Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib
Məqsəd fəaliyyətin sistemləşdirilməsi və idarəetmənin səmərəliliyini artırmaqdır