21 sentyabr 2024 01:25
379

Çaytikanı yağı erkən qocalmanın qarşısını alır

Çaytikanı unikal bitkidir. Bu immunitet, gözəllik və gənclik üçün bir “nemətdir”.  "Rossiya 1" telekanalının "Ən vacibi haqqında" tok-şousunda dietoloq Mixail Ginzburq və həkim Sergey Aqapkin çaytikanının faydalı xüsusiyyətlərindən danışıblar.

Onların fikrincə, çaytikanı özü rəsmi olaraq tanınan dərman məhsuludur. Onun saysız-hesabsız faydalı xüsusiyyətləri var. Bu giləmeyvənin tərkibində iki çox vacib yağda həll olunan vitamin var - A və E. Bu vitaminlər müalicəvi və antioksidant təsir göstərir. Bitkinin tərkibindəki fitosterollar və askorbin turşusu isə dəri hüceyrələrinə müsbət təsir göstərir və onların gəncliyini və elastikliyini qoruyur.

Çaytikanı, həmçinin karotenoidlər, polifenollar və flavonoidlər hesabına kompleks iltihab əleyhinə təsir göstərir. “İltihab, xüsusilə aşağı dərəcəli, gözəgörünməz və gizli gedən iltihab qocalmanın və onunla əlaqəli bütün xəstəliklərin inkişafının amillərindən biridir. Buna görə də çaytikanı istehlakı erkən qocalmanın və bütün yaşa bağlı xəstəliklərin qarşısının alınması üçün təsirli vasitədir”, -deyə mütəxəssislər bildiriblər.

Nubar Süleymanova, “İki sahil”