İlin sonunadək beş milyon ağacın əkilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusuna həsr edilmiş seminarda deyib.
Onun sözlərinə görə, bu il indiyədək iki milyona yaxın ağac əkilib:
"Bu il bütün qurumları birləşdirən bir ildir. Yaşıllıqların artırılması və su mənbələrindən səmərəli istifadə istiqamətində işlər aparılır. Enerji transformasiyası strategiyalarına da xüsusi önəm verilir. Ölkədə meşə və yaşıllıq sahələrinin artırılması prosesi də sürətlə davam edir. 2023-cü ildə ölkədə üç milyon çox ağac əkilib".