Badam lif, B vitaminləri, kalsium və digər faydalı mikroelementlərin əla mənbəyidir.
Rusiyalı həkim Aleksandr Myasnikov qoz-fındığı tanrının hədiyyəsi adlandırıb və insanları müntəzəm olaraq yeməyə təşviq edir. “Ən vacibi haqqında” sağlamlıq verilişində o, müasir araşdırmaların nəticələrinə əsaslanaraq badamın faydalarını sadalayıb.
Təcrübələrin birində iştirakçılar badamla qidalanıb və məlum olub ki, bu quru meyvə qanda xolesterinin səviyyəsini normallaşdırmağa kömək edir.
"Qoz-fındıq tanrının bir hədiyyəsidir, xolesterolu azaldır, demensiya riskini aşağı salır və s. Quru meyvələrin faydalı xüsusiyyətləri saymaqla bitməz”, -deyə həkim bildirib.
Nubar Süleymanova, “İki sahil”