17 sentyabr 2024 14:10
127

Sumqayıtda 20 yaşlı fəhlə yüksəklikdən yıxılaraq ölüb

Sumqayıt şəhərində 20 yaşlı fəhlə iş zamanı yüksəklikdən yıxılaraq ölüb.

“İki sahil” xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən tikintilərdən birində qeydə alınıb.

2004-cü il təvəllüdlü Səfəralı Faiq oğlu Səfərov iş zamanı yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.