17 sentyabr 2024 12:31
129

Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

Məhkumluq haqqında arayışın təqdim edilməsinin "mygov" rəqəmsal hökumət platformasına gətirilməsi nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bunu yenilənmiş "mygov" rəqəmsal hökumət plarformasının təqdimatı zamanı sual-cavab sessiyasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədrinin müavini Şahin Əliyev deyib.

Ş.Əliyev bildirib ki, digər dövlət xidmətlərinin də "mygov"a inteqrasiya istiqamətində işlər görülür.