17 sentyabr 2024 11:34
130

Elm və Təhsil Nazirliyinə 54 mindən çox vətəndaş müraciət edib

Sentyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 54 min 465 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən "İki sahil"ə bildirilib ki, müraciətlərin 38 min 873-ü çağrı mərkəzləri, 372-si sosial media, 4778-i vatsap vasitəsilə olduğu halda, 2122-si elektron, 1316-sı isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 7004 müraciət qeydə alınıb.

Müraciətlər məktəbəqədər təhsil müəssisələrinə qəbul, tələbə köçürülməsi, müəllimlərin işə qəbulu, işlə təmin edilmə və digər məsələlərlə bağlı olub.