16 sentyabr 2024 10:01
148

32 ildən sonra Şuşada ilk Bilik Günü keçirilir

Otuz iki ildən sonra işğaldan azad olunan Şuşada ilk Bilik Günü keçirilir. Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, məktəb kollektivi və valideynlər iştirak edirlər.

Əvvəlcə məktəblilərin Şuşa şəhər 1 nömrəli tam orta məktəbinə yürüşü olub.

AZƏRTAC