15 sentyabr 2024 22:48
170

Sabah bu ərazilərdə suyun verilməsində müvəqqəti fasilə yaranacaq

Sanqaçal istiqamətində Kür 1 xəttində  baş verən qəza hadisəsinin aradan qaldırılması işləri ilə əlaqədar sentyabrın 16-sı saat 11:00-dan 16:00-dək Qaradağ rayonu ərazisinə, Lökbatan qəsəbəsinə və Səbayil rayonunun bir həssəsinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.