15 sentyabr 2024 22:15
173

Tovuzda "Toyota" ilə "VAZ" toqquşub

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

"Toyota" ilə "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.