BP şirkəti Şimal dənizindəki üç aktivini “Serica Energy” şirkətinə satacaq.
AZƏRTAC BP-yə istinadla xəbər verir ki, şirkət Şimal dənizindəki “Bruce” yatağının aktivlər paketini “Serica Energy” şirkətinə satmağa qərar verib. BP qarşıdakı 4 il ərzində bu satışdan 300 milyon funt sterlinq ətrafında ödəniş almağı planlaşdırır.
Qeyd edək ki, “Bruce” yatağı 1974-ci ildə kəşf olunub və yataqdan hasilat 1993-ci ildə başlayıb.
Mərkəzi ofisi İngiltərədə yerləşən “Serica Energy” şirkəti neft-qaz kəşfiyyatı, işlənməsi və hasilatı ilə məşğul olur. Şirkət Avropa və Afrikada fəaliyyət göstərir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir