15 sentyabr 2024 13:43
165

Goradildə yol-nəqliyyat qəzası olub, bir nəfər ölüb

Goradil qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, Abşeron rayonu, Goradil qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası zamanı 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

FHN-nin xilasediciləri tərəfindən həmin 1 nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.