15 sentyabr 2024 08:45
354

"Titanik"in aktrisası karyerasını bitirir

"Titanik" filminin aktrisası Keti Beyts karyerasını sonlandırır.

“İki sahil” xəbər verir ki, "The New York Times" qəzetinə müsahibəsində bildirib.

O, adını açıqlamadığı filmdəki rolundan sonra artıq aktrisalıq etməyəciyini qeyd edib.

Qeyd edək ki, Beyts karyerasına 1970-ci illərdə başlayıb. O, "Oskar" qazandığı Stiven Kinqin "Mizeri" filmindəki "Enni Uilks" rolu ilə populyarlıq qazanıb. Aktrisa bundan sonra 150-dən çox əsərdə rol alıb. Ən məşhurları arasında isə "Titanik", "Amerika dəhşət hekayəsi", "Ofis", "İki yarım kişi", "Şmidt haqqında", "Evdəki müharibə", "Qızardılmış yaşıl pomidor", "Aclıq sinfinin lənəti" var.