Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Xətai rayonunun Nəcəfqulu Rəfiyev küçəsində 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar noyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək rayonun Babək prospekti, Y.Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək, yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir