15 sentyabr 2024 02:24
197

Təmirə verilən "Niva" sexdə yandı

Şamaxı rayonunda (Bakı-Qazax yolunun 119-cu kilometrliyi) ümumi sahəsi 200 m² olan 6 boksdan ibarət avtomobil təmiri sexinin sahəsi 30 m² olan boksunun yanar konstruksiyaları və içərisində təmirə dayanan "Niva" markalı minik avtomobilinin yanar hissələri yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.