14 sentyabr 2024 10:57
195

Gəncədə gənc qız bıçaqlanıb

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun “İki sahil”ə verdiyi məlumata görə, Yevlax sakini Murad Əmiraslanov qeyri-rəsmi nikahda olduğu Gəncə sakini, 18 yaşlı Aygün Əmiraslanovaya mübahisə zəminində çoxsaylı bıçaq zərbələri endirib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Murad Əmiraslanov polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.