14 sentyabr 2024 09:16
191

Bakıda qızı maşın vurub

Bakının Xətai rayonunda 19 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“İki sahil” xəbər verir ki, 2005-ci il təvəllüdlü Nuriyeva Diana Vüqar qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.