“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sentyabrın 14-dən Bərdə-Xankəndi müntəzəm avtobus reysini istifadəyə verəcək. Məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
AYNA-dan “İki sahil”ə verilən məlumata görə, gün ərzində 3 dəfə həyata keçiriləcək reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşəcək. Xankəndi-Bərdə reysi üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.
Bərdə-Xankəndi reysi və Bərdə-Xocalı aralıq məntəqəsi reysi “biletim.az” portalına inteqrasiya edilib. Bərdə-Xankəndi istiqamətində biletin qiyməti 2.80 manat, Bərdə-Xocalı istiqamətində 2.50 manat təşkil edir.
Qeyd edək ki, biletləri portal üzərindən onlayn qaydada əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin alınması da mütləqdir.
“Qarabağ KOB-ları” layihəsinin iştirakçılarının sayı 2025-ci ildə 100 olmaqla, ümumilikdə 200-ü ötüb
Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil edilib
Sumqayıtda daha 188 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilir
İİTKM nümayəndəsi Şanxayda “Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu”nda çıxış edib