13 sentyabr 2024 11:39
98

8 ayda 101 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət təyin olunub

2024-cü ilin yanvar-avqust ayları ərzində 101 min nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Dövlət Sosial Müdafiə Fondundan "İki sahil"ə verilən xəbərə görə, bunun 53,73%-ni kişilər, 46,27%-ni isə qadınlar təşkil edib.