13 sentyabr 2024 08:18
239

Binədə qadını maşın vurub

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Binə qəsəbəsində avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Meydunova Zərnişan Famil qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.