Rusiyanın neft hasilatı oktyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalıb.
AZƏRTAC Rusiya Federal Statistika Xidmətinə (“Rosstat”) istinadla xəbər verir ki, bu ilin oktyabr ayında ölkədə neft hasilatı keçən ilin eyni ayına nisbətən 2,1 faiz azalaraq 46,5 milyon tona geriləyib. Lakin ötən ay neft istehsalı sentyabr ayı ilə müqayisədə 4,5 faiz artıb.
Rusiyanın təbii qaz hasilatı oktyabrda 55,1 milyard kubmetr təşkil edib. Qaz istehsalının həcmi illik göstəricidə 2,2 faiz, aylıq göstəricidə isə 15,8 faiz artıb.
Bu ilin yanvar-oktyabr aylarında Rusiyanın neft hasilatı illik göstəricidə 0,2 faiz, təbii qaz istehsalı isə 12 faiz artıb.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir