12 sentyabr 2024 12:27
205

Azərbaycanda tullantıların idarə olunması ilə bağlı ciddi addımlar atılır- Şöbə müdiri

Azərbaycanda tullantıların idarə olunması ilə bağlı ciddi addımlar atılır.

“İki sahil” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev “Tullantılar haqqında qanun”un icra vəziyyətinə dair ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, təkcə Bakı şəhərində məişət tullantılarının idarə olunmasına deyil, həm də regionlarda olan təhlükəli tullantılarla mübarizəyə də diqqət ayrılır: "Bu siyahıya tibbi tullantıların idarəsi də aiddir. Sovet dövründən qalan tibb müəssisələri
tibbi tullantıların çoxalmasına səbəb olurdu. Monitorinqlərimiz nəticəsində həmin tullantıların təhlükəlilik dərəcəsi ölçülüb və müvafiq addımlar atılıb".