12 sentyabr 2024 10:16
195

Sumqayıtda silah-sursat aşkarlanıb

Sumqayıtda silah-sursat aşkarlanıb.

“İki sahil” xəbər verir ki, Sumqayıt Bulvarına yaxın ərazidə 1 ədəd “ TOZ-8” markalı odlu silah,1 ədəd lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd RQD-5 əl qumbarası,1 ədəd F1 əl qumbarası ,Koroğlu prospektində isə 1 ədəd təklüləli ov tüfəngi aşkar edilib.

Aşkar edilən silah-sursat polisə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.