11 sentyabr 2024 23:31
229

Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb

Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini 1981-ci il təvəllüdlü Şahin Vilayət oğlu Əsgərov döş qəfəsinin sol tərəfinin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əməliyyata alınan Ş.Əsgərovun vəziyyəti ağır qiymətləndirilir. Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.