İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş Namiq Əsədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “İki sahil”ə bildirilib ki, ondan meşə massivində əkdiyi 21 ədəd çətənə kolu aşkar olunub.
Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, N.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub
“Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində növbəti görüş keçirilib - FOTO