İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov “Binance İnvestments Co. şirkətinin Baş Marketinq direktoru Reyçel Konlanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“İki sahil” xəbər verir ki, görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində 4SİM-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib. Tərəflər mümkün əməkdaşlıq, o cümlədən, universitetlər, təhsil müəssisələri və ekosistemin iştrakçıları ilə koordinasiya məsələləri, milli iqtisadiyyatda blokçeyn texnologiyalarının tətbiqi və birgə tədbirlərin təşkili məsələləri müzakirə ediblər.
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub
“Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində növbəti görüş keçirilib - FOTO