11 sentyabr 2024 00:57
410

Tatuajlar bədxassəli şişlər yaradır?

Tatuirovkaların populyarlığı ildən-ilə artır. Eyni zamanda, dəri altına boya tətbiqinin nəticələrinə dair elmi məlumatların miqdarı da artır. Rusiyalı gerontoloq Svetlana Trofimova deyir ki, döymə insan ömrünü qısalda bilər.

Tatu mürəkkəblərinin tərkibi həkimlər arasında ciddi narahatlıq yaradır. "Bədxassəli şişlər döymənin ən ağır təzahürlərindən biridir", -deyə professor Svetlana Trofimova “Rossiya” telekanalında yayımlanan "Ən vacibi haqqında" sağlamlıq proqramında bildirib. "Boyanın özü çox miqdarda maddə ehtiva edir və şişlərin yaranmasına səbəb ola bilər”.

Həkim və teleaparıcı Sergey Aqapkin bir araşdırmanın nəticələrini açıqlayıb. Boyaları yoxlayandan sonra məlum olub ki, onların 80 faizində etiketdə rəsmi qeyd olunmayan komponentlər var.

Bəzi döymə mürəkkəblərinin günəş işığına məruz qaldıqda dərinin şişməsinə və iltihabına səbəb olduğu da məlumdur. Bundan əlavə, döymə proseduru zamanı rəssam təsadüfən dəriyə infeksiya düşməsinə səbəb ola bilər.

Nubar Süleymanova, “İki sahil”