10 sentyabr 2024 12:38
224

Saatlıda 1 176 şagird yerlik məktəb istifadəyə verilib- FOTO

Saatlı rayonunda Rasim Səfərov adına Qara Nuru kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev və digər qonaqlar iştirak ediblər. Onlar təhsil ocağında yaradılmış şəraitlə tanış olublar.

Bildirilib ki, məktəbin yeni binası 1 176 şagird yerlikdir. Üç mərtəbədən ibarət təhsil müəssisəsində 32 sinif otağı, eləcə də kitabxana, idman və iclas zalları mövcuddur. Məktəbin 1-ci mərtəbəsində direktor otağı, sinif otaqları, tibb otağı, bufet, texniki işçilər üçün otaq, 2 mühafizə otağı yerləşir. Binanın 2-ci mərtəbəsində isə müəllimlər otağı, sinif otaqları, fizika, kimya, biologiya, informatika kabinetləri, hərbi kabinet, qızlar və oğlanlar üçün texnologiya otaqları var.