10 sentyabr 2024 03:36
432

Qüdsdə tapılan son dərəcə nadir 2700 illik amulet

Deyvid Siti Milli Parkında tapılan daş amulet qədim dövrlərdə oxumaq və yazmaq haqqında düşüncələrimizi dəyişə bilər. Zərgərlik məmulatının təxminən 2700 yaşı var və bu İsraildə qazıntılar başlayandan bəri aşkara çıxarılan ən qədim tapıntılardan biridir.

Qara daş möhürdə qanadlı bir fiqur təsvir edilib və üzərində ibri dilində “Hoşayahunun oğlu Yehoezer üçün” kimi tərcümə edilir. Söhbət eramızdan əvvəl 10-6-cı əsrlər arasında yaşamış insanlardan gedir. Sözlər güzgü şəklində yazılıb. Əşyadakı kiçik bir çuxur onun ip və ya zəncirdə boyuna taxıla biləcəyini göstərir.

Mütəxəssislər belə qənaətə gəliblər ki, tapıntı Yəhuda Krallığında yüksək vəzifəli məmura məxsus olub. O, möhürdən sənədləri imzalamaq üçün istifadə edib, həm də boynuna qoruyucu talisman kimi taxıb.

Xüsusilə qanadlı fiqurun təsviri diqqəti cəlb edir. Ola bilsin ki, onun görünüşünə o dövrdə Yəhudeyada hökmranlıq edən assuriyalılar təsir edib.

“Bu, olduqca nadir və qeyri-adi bir tapıntıdır” – İsrail Qədim Əşyalar İdarəsinin (IAA) arxeoloqu və assuroloq doktor Filip Vukosavoviç deyib.

O əlavə edib ki, qanadlı cinlərin fiqurları eramızdan əvvəl 9-7-ci əsrlərdə Neo-Assuriya sənətində tanınır və qoruyucu hesab olunurdu.

Nubar Süleymanova, “İki sahil”