09 sentyabr 2024 23:59
412

“Starlink” artıq Zimbabvedə

“Starlink” yüksək sürətli peyk rabitəsi Zimbabveyə gəlib.

Bu barədə şirkətin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

"Starlink”in yüksək sürətli, aşağı gecikməli interneti artıq Zimbabvedə mövcuddur" – “Starlink” nəşrində deyilir.

Bir neçə gün əvvəl “SpaceX” daha bir qrup internet peyklərini orbitə çıxarıb. 2019-cu ilin may ayından etibarən ümumilikdə 6,3 minə yaxın peyk işə salınıb. Texnologiya şirkətinin planlarına əsasən, ümumilikdə 12 minə yaxın mikropeyk orbitə buraxılacaq.

Xatırladaq ki, “SpaceX”in sahibi İlon Mask bu günlərdə Ukrayna Silahlı Qüvvələri üçün Krım üzərində “Starlink”i işə salmaqdan niyə imtina etdiyini də açıqlayıb. O, qərarını ABŞ-ın Rusiyaya qarşı mövcud sanksiyalarının mümkün pozulması kimi qiymətləndirib.

Nubar Süleymanova, “İki sahil”