09 sentyabr 2024 09:38
229

BANM-ın komandası “TEKNOFEST-2024”ün qalibi oldu

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “BHOSWARE” komandası “TEKNOFEST-2024”ün qalibi olub.

BANM-dan “İki sahil”ə verilən məlumata görə, Türkiyənin Antalya şəhərində keçirilən Festivalda “Hackmasters” kateqoriyası üzrə keçirilən CTF yarışında I yerə layiq görülüb.

Komandanın elmi rəhbəri İnformasiya texnologiyaları kafedrasının müəllimi Nihat Əlili, üzvləri isə İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələri Əli Məhərrəmli, Məhəmmədcan Məhəmmədcanov, Sahib Hümbətzadə və Oqtay Əhmədovdur.

Komandamız 180,000 TL dəyərində pul mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi oktyabr ayında Adanada baş tutacaq.

Təmsilçilərimiz qeydiyyatdan keçmiş 1000-ə yaxın komanda arasından seçilərək finala yüksələn 10 komanda içərisində qələbəni təmin etməyi bacarıblar.

Təbrik edir, qürur duyuruq!