08 sentyabr 2024 12:30
247

Ağstafada ər və arvad faciəvi şəkildə ölüb

Ağstafada ər və arvad uçan divarın altında qalaraq ölüb.

Hadisə Qırlı kəndində qeydə alınıb.

Kənd sakinləri, F.İsmayılov və X.İsmayılova üzüm yığan zaman divar aşaraq onların üzərinə düşüb. Nəticədə hər ikisi aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

"Report"