Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə Lerikdə sakinlər arasında maarifləndirmə işi gücləndirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan “İki sahil”ə verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ticarət və iaşə obyektlərində, bankomatların, həmçinin ödəmə terminallarının ətrafında məlumatverici lövhələr asılıb, sakinlərlə bu mövzuda profilaktiki söhbətlər aparılıb və zəruri məlumatlar verilib.
Tədbirlər zamanı vətəndaşlara izah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişləri açmamalıdırlar.
Polis əməkdaşları tərəfindən vətəndaşlara, xüsusən təqaüdçülərə kartlarındakı pulu nağdlaşdırmaq və digər bir şəxsin kart hesabına pul göndərmək məqsədilə tanımadıqları şəxslərdən kömək istəməmək tövsiyə olunub.
Qaradağ rayonunun Ələt qəsəbəsində YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirilib
İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub
“Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində növbəti görüş keçirilib - FOTO