08 sentyabr 2024 11:11
250

Ağdaşda gənc oğlan qətlə yetirilib

Sentyabrın 8-də saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib.

Əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.