08 sentyabr 2024 11:01
252

Bakıda şadlıq evində yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²) olan ikimərtəbəli şadlıq evinin dam örtüyündə quraşdırılan havalandırma qurğusunun mühərriki və hava təmizləyici qurğu yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, şadlıq evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.