08 sentyabr 2024 10:59
245

Ağdamda ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görülüb

Ağdam rayonu ərazisində polis əməkdaşlarının aidiyyəti qurumlarla birgə keçirdiyi tədbirlərlə ətraf mühitin çirklənməsi halları aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, sanitariya-gigiyena qaydalarının təmin olunması məqsədilə müvafiq işlər görülüb, həmin ərazilər təmizlənilib.

Polis əməkdaşları tərəfindən rayon ərazisində ətraf mühitə ziyan vurulması hallarının qarşısının alınması məqsədi ilə il ərzində 103 protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.