08 sentyabr 2024 10:52
244

Göygöldə qəfə yanıb

Göygöl rayonunun Mollacəlilli kəndində ümumi sahəsi 160 m² olan qəfənin dam örtüyünün taxta atmaları, lambirdən ibarət tavanı və içərisində olan əşyalar qismən yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, yüksək temperaturdan 7 ədəd plastikdən ibarət pəncərə çərçivəsi deformasiyaya uğrayıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.