Rövnəq Abdullayev: Natiq Əliyev Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri idi
AZƏRTAC xəbər verir ki, əvvəlcə SOCAR-ın, Energetika Nazirliyinin və müxtəlif dövlət qurumlarının rəhbərliyi II Fəxri xiyabana gələrək ictimai-siyasi xadim, mərhum energetika naziri, "Şöhrət" ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarı önünə əklil və güllər qoyaraq onun xatirəsini dərin ehtiramla yad ediblər.
Anım tədbirində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün mərhum energetika naziri Natiq Əliyevin 70 illik yubileyidir. SOCAR-ın prezidenti Natiq Əliyevin Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri olduğunu deyib.
Qeyd edib ki, Natiq Əliyevin adı Azərbaycan nefti, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, məşhur “Şahdəniz” layihəsi ilə qırılmaz surətdə bağlıdır: "O, bilikli neft mütəxəssisi idi, neft işinin bacarıqlı təşkilatçısı, Azərbaycanın neft-qaz strategiyasının əsas simalarından biri kimi tanınmışdı".
Sonra tədbir iştirakçıları "CBC" kanalında mərhum energetika naziri Natiq Əliyevə həsr edilən sənədli filmi canlı izləyiblər.
Xatırladaq ki, Natiq Əliyev bu il iyunun 9-da, ömrünün 70-ci ilində həyatdan köçüb.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir