06 sentyabr 2024 12:58
215

Son səkkiz ayda 32,5 min şəxsə əlillik təyin edilib

Bu ilin yanvar-avqust ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 32,5 min şəxsə əlillik təyin edib.

Bu barədə “İki sahil”ə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, onlardan 16,3 mininə ilkin, 16,2 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.