Xoşbəxt Yusifzadə: Natiq Əliyevin Dövlət Neft Şirkətinə rəhbərlik etdiyi dövrdə 24 mühüm müqavilə imzalanıb
İctimai-siyasi xadim, mərhum energetika naziri, "Şöhrət" ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin Dövlət Neft Şirkətinə rəhbərlik etdiyi dövrdə 24 mühüm müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin 70 illik yubileyi ilə əlaqədar noyabrın 23-də keçirilən anım tədbirində SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
Akademik qeyd edib ki, Natiq Əliyevi təkcə Azərbaycanda deyil, Türkiyədə, Rusiyada, ABŞ-da, Böyük Britaniyada, dünyanın bir çox ölkələrində də yaxşı tanıyırdılar.
"O, daim sadə, səmimi və mehriban bir insan kimi xatirələrdə qalacaq. Sadəlik onun həyat tərzi idi. Natiq Əliyevi tanıyanların qəlbində o həmişə bu cür də yaşayacaq", - deyə X.Yusifzadə əlavə edib.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir