06 sentyabr 2024 12:30
206

Universitetlərə qəbul olunanlar üçün qeydiyyatın müddəti uzadılıb

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmə ilə qəbul olunan abituriyentlər üçün qeydiyyat prosesi 9 sentyabr saat 18:00-a qədər uzadılıb.

Bu barədə “İki sahil”'ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, abituriyentlər https://portal.edu.az/ sisteminin “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

"Qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar", - deyə məlumatda qeyd edilib.