05 sentyabr 2024 14:14
514

Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzinin 2025-ci il üçün böyük tədbirlər planı hazırlanıb

Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzinin 2025-ci il üçün böyük tədbirlər planı hazırlanıb.

"İki sahil" report-a istinadən xəbər verir ki, bunu İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru müavini Gülnar Tağızadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2022-ci ildə Mədəniyyət Mərkəzi fəaliyyətə başladıqdan sonra silsilə tədbirlər keçirilib: "Əlavə olaraq tələbələr üçün açıq qapı günləri baş tutub. Artıq 2025-ci il üçün də böyük tədbirlər planı hazırlanıb. Mədəniyyət Mərkəzi olaraq, İtaliya-Azərbaycan mədəni əlaqələrinə töhfə verməyə davam edəcəyik. Azərbaycan mədəniyyəti çox zəngin olduğu üçün Mərkəzimizə tələb çoxdur. Bura azərbaycanlı tələbələrlə yanaşı, italyan tələbələr də gəlirlər".